Lukaşenko Məhərrəm Əliyevin etimadnaməsini qəbul etdi – FOTO

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edib.

Globalinfo.az bildirir ki, bbu barədə BELTA xəbər verir.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”, – Aleksandr Lukaşenko görüş zamanı vurğulayıb.

O, həmçinin maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.