İran Prezidenti Məsud Pezeşkian və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Minskdə görüş keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
Tərəflər əməkdaşlıq perspektivlərini və beynəlxalq vəziyyəti müzakirə edirlər.
Lukaşenko görüş zamanı deyib ki, Belarus istənilən mövzuda əməkdaşlığa açıqdır:
“Biz ərzaq təminatından tutmuş hərbi-texniki sahəyə qədər əməkdaşlığa hazırıq. Burada heç bir sirr yoxdur”.














