İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-la bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında ABŞ-a məxsus qırıcının hədəfdə olduğunu göstərən kadrları paylaşaraq sərt bəyanatla çıxış edib. Laricani paylaşımında “Külək əkən qasırğanı biçəcək” ifadəsini işlədib.
Fotoda İran qüvvələrinin ABŞ-a məxsus qırıcını hədəfə aldığı iddia olunan görüntülər yer alıb. Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Tahir Turan
Globalinfo.az