“Lotu Quli”nin çevrəsindəki dəstə üzvlərinin məhkəməsi keçiriləcək

Surqutda 2020-ci ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” “Lotu Quli”nin çevrəsindən olan mütəşəkkil cinayətkar qrup üzvlərinin məhkəməsi keçiriləcək. 

Globalinfo.az lent.az-az istinadən bildirir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Cinayətkar qrup bir neçə il Xantı-Mansi Muxtar Dairəsinin ən böyük şəhərində fəaliyyət göstərib, reketçilik və digər cinayətlərlə məşğul olub. Hazırda onun dörd rəhbəri saxlanılıb, daha ikisi axtarışdadır. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir sıra maddələri – hədə-qorxu ilə tələb etmə, ekstremist təşkilatın fəaliyyətini təşkil etmə və maliyyələşdirmə ilə ittiham olunurlar”, – mənbə bildirib.

Onlar istintaq təcridxanasında məhkəmənin başlamasını gözləyirlər. Etdikləri əmələ görə onları 15  ilə qədər həbs gözləyir. “Şübhəlilər hətta istintaq təcridxanasında olarkən də öz kanalları ilə cinayət əməllərini istiqamətləndirməyə davam ediblər. Lakin biz bunun qarşısını ala bildik”, – mənbə əlavə edib.