Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam.
Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edib.
O, oğlunun təxliyə ediləcəyini bildirib.
Qeyd edək ki, müğənninin iki oğlu uzun müddətdir, Los-Ancelesdə yaşayır.
Xatırladaq ki, meşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.
Təbii fəlakət zamanı bir çox Hollivud ulduzunun da malikanəsi yanıb.














