Los-Ancelesdə meşə yanğınları baş verən ərazidə yeni təhlükə elan edilib, sakinlərə xəbərdarlıq verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Məlumata görə, şəhərdə meşə yanğını zonasında palçıq seli zəhərli kül axınına səbəb ola bilər. Ötən gündən başlayan yağış səbəbindən əmələ gələn palçıq selinin təhlükəsi ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edilib.
Xatırladaq ki, Los-Ancelesdə meşə yanğınların yanvarın 7-də başlayıb, təbii fəlakət zamanı 28 nəfər həyatını itirib.
Əliyar Xəlil














