Los-Ancelesdə yanğınsöndürmə təyyarəsi dronla toqquşdu

Los-Ancelesdə yanğınsöndürmə təyyarəsi dronla toqquşdu

ABŞ-ın Kaliforniya ştatında başlayan genişmiqyaslı yanğınlar davam edir. Artıq əksər məşhurların yaşadığı Los-Anceles şəhəridə çox sayda evlər yanğıb. Ştatda 300 mindən çox insan təxliyə edilib. 

Globalinfo.az xəbər verir ki, Los-Ancelesdəki yanğınların söndürülməsi üçün cəlb olunan amfibiya təyyarəsi havada naməlum dronla toqquşub.

Nəticədə təyyarənin ekipaj üzvü arasında xəsarət alan olmayıb. Dronun kimə məxsus olduğu isə məlum deyil.

Son xəbərlərə görə, hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovlara müdaxilə etmək üçün su tapmaqda çətinlik çəkirlər. Kaliforniyanın müxtəlif bölgələrində fövqəladə vəziyyətin idarə olunmasında ciddi problemlər ortaya çıxıb. Qubernator və bölgə idarəçiləri ciddi şəkildə ittiham edilirlər. Ərazidə Hollivud məşhurlarının bir-bir evlərinin yanma xəbərləri gəlir.

Məlumata görə, yanğın külək səbəbilə sürətlə daha geniş əraziyə yayılır. Lakin çevik müdafilə və kifayət qədər lazımı vasitə olmadığı üçün qarşısını almaq çətinləşir. Hətta ərazidən canlı yayım edən televiziyalar əlaqəni yalnız “Starlink”  vasitəsi ilə qura bildiklərini deyirlər.

Ayşən Mustafa
Globalinfo.az