Los-Ancelesdə yanğınlar: ölənlərin sayı artdı

Los-Ancelesdə yanğınlar: ölənlərin sayı artdı

Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları nəticəsində azı 27 nəfər ölüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Məhkəmə Tibb İdarəsinin məlumatında deyilir.

Cümə axşamı saat 16:00-a (Bakı vaxtı ilə cümə günü 02:00) olan məlumata görə, indiyədək yanğın yerində 27 nəfərin cəsədi tapılıb.

Onların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib.