Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Londondakı Avropa Siyasi Cəmiyyətinin sammiti çərçivəsində görüşünün baş tutmasının səbəbini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bunu mətbuat konfransında deyib.
“Ermənistan görüşdən imtina etmədi. Mən özüm Azərbaycan prezidentinə şəxsən yox, diplomatik kanallar vasitəsilə görüşün ikitərəfli formatda olmasını təklif etdim. Ona görə ki, bu dövrdə biz ikitərəfli formatda işləyirik. Məncə biz bu məntiqi davam etdirə bilərik, çünki o effektivdir” – deyə o bildirib.
Qeyd edək ki, London sammitində Britaniyanın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü baş tutmalıydı. O zaman Ermənistan görüşün baş tutmamasında Azərbaycanı günahlandırmışdı və Azərbaycanın ondan imtina etdiyini açıqlamışdı. Azərbaycan da bənzəri bəyanat verərək Ermənistanı ittiham etmişdi.
Tahir Turan
Globalinfo.az