pasinyan putin 900x675 1

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

“Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional hadisələrlə bağlı məsələləri müzakirə edib”, – o bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Zəhmət olmasa, mənim səmimi təbriklərimi 50 illik yubileyiniz münasibətilə qəbul edin. Rusiya və Ermənistan tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə malik olublar. Əminəm ki, birgə səylərlə biz bu münasibətlərin bütün sahələrdə daha da inkişafını təmin edə bilərik”, – Putin təbrik məktubunda bildirib.

Qeyd edək ki, bu gün Paşinyanın 50 yaşı olur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: