Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe Türkiyədə səfərdədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Baş naziri İstanbulda Vahidəddin Köşkündə qəbul edib.
Məlumata görə, İsrailin Fələstinə hücumları, Türkiyə-Liviya münasibətləri və Şərqi Aralıq dənizi məsələləri müzakirə edilib.