Liverpulda baş vermiş hadisə nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu haqda şəhərin Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə yaralananların hamısı xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin vəziyyəti ağırdır.
***26.05.2025 22:43
Liverpul futbol klubunun İngiltərə Premyer Liqasında qazandığı qələbəni qeyd edən insanların üstünə avtomobil sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Liverpul polisi məlumat yayıb.
“Hazırda Liverpul mərkəzində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumatlara reaksiya veririk. Bizə bu barədə bu gün, 26 may, bazar ertəsi, yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə 20:00) sonra məlumat daxil olub. Bildirilib ki, Uoter Strit küçəsində bir nəfər avtomobili bir neçə piyadanın üzərinə sürüb. Nəqliyyat vasitəsi hadisə yerində saxlanılıb və sürücü həbs edilib. Hazırda əraziyə təcili yardım və digər fövqəladə xidmətlər cəlb olunub”, – məlumatda bildirilir.
“The Daily Telegraph” qəzetinin məlumatına görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 53 yaşlı Liverpul sakini olduğu deyilir.
*** 22:22
Liverpulda sürücü avtomobilini izdihamın üzərinə sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Liverpul polisi məlumat yayıb.
Hadisə futbol azarkeşlərinin qələbəni qeyd etməsi zamanı baş verib. Qəza zamanı azı 5 nəfər xəsarət alıb.
Polis terakt variantını istisna etmir.
Aysel Əliyeva
Globalinfo.az














