Qarabağdan gedənlərlə bağlı yeni gerçək…

Qarabağdan gedənlərlə bağlı yeni gerçək...

Antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana köçən 25 min nəfər ölkəni birdəfəlik tərk edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.

Ölkəyə giriş-çıxışa nəzarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təqdim etdiyi rəqəmlərə görə isə, 25 sentyabr-14 dekabr tarixləri arasında Qarabağ “qeydiyyatı” olan 11 min 741 nəfər Ermənistanı tərk edib. Onlardan 5 105 nəfərin geri döndüyü, qalanların isə ölkəyə qayıtmadığı bildirilir.

Ankaradakı Rusiya Araşdırmaları İnstitutu xarici ölkələrə getdiyi iddia edilən 25 min nəfərin Livan, Suriya, İran və İraq kimi ölkələrdən gətirilərək Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirildiyini yazıb.

Ayşən Mustafa
Globalinfo.az