Livan dövlət başçısı Cozef Aun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricaniyə sərt şəkildə xitab edərək ona Livan şiələrinin onun məsuliyyətində olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb. Aunun sözlərinə görə, bu söhbətdən sonra İran rəsmisi başqa bir görüş istəyib, lakin rədd cavabı alıb.
Livan Prezidenti qeyd edib ki, davam edən regional gərginlik fonunda danışıqlar Livanın yeganə variantıdır.
Onun sözlərinə görə, “Hizbullah“ın hərbi qanadı artıq bitib və təşkilatın siyasi bürosunun nümayəndələri bunu başa düşür və şərəfli həll yolu axtarırlar.
Livan ordusunun ölkədəki silahlara nəzarət edə bilməməsi ilə bağlı xəbərləri şərh edən Prezident (xüsusən də Hizbullahın tərksilahına istinad edərək) ordunun Livan xalqının legitimliyinə və dəstəyinə sahib olduğunu və hökumətin öz ərazisinin hər qarışında öz hakimiyyətini bərqərar edəcəyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az














