Litvada qaz kəmərində güclü partlayış – VİDEO

Litvanın şimalındakı Pasvalis rayonunda magistral qaz kəməri xəttində partlayış baş verib.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  Litvanın qaz ötürmə mərkəzinin operatoru Amber Grid partlayışın qəsəbə xaricindəki bir ərazidə baş verdiyini bildirib.

Hadisə ilə əlaqədar Valakelay kəndinin sakinləri təxliyə edilib. Partlayışdan sonra yanğın 50 metr hündürlüyə qalxıb. İlkin məlumatlara görə, tələfat yoxdur.

Grid, Litvanın şimalına və Latviyaya təbii qaz daşıyan kəmərin iki paralel xəttdən ibarət olduğunu, partlayışın yalnız bir xəttdə baş verdiyini, ikinci xəttdə qaz axınının isə normal məcrada davam etdiyini, bunun vasitəsilə də Litvanın şimal hissəsinə qaz verildiyini qeyd edib.