Litva XİN-in rəsmi pişiyi oldu

Litva XİN-in rəsmi pişiyi oldu

Litva Xarici İşlər Nazirliyi pişik sahiblənib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Litva XİN-in rəhbəri Qabrielius Landsbergis öz “X” hesabında paylaşıb.

Diplomatın sözlərinə görə, sözügedən pişik balası qurumun ərazisində aşkar edilib. Ona Ranqo adı verilib:

“Ranqo nazirliyin arxa hissəsində xilas edilib və dərhal Litva Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi pişiyi oldu”.