Litva Prezidenti ehtiyat edir: “Atəşkəs olarsa, Rusiya…”

Litva Prezidenti ehtiyat edir: “Atəşkəs olarsa, Rusiya…”

“Tədbirlər görülmədən müzakirələrə başlamaq Rusiyanın daha da güclənməsinə və hücumlarının artmasına gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “Associated Press”ə müsahibəsində deyib.

“Atəşkəs olsa belə, Rusiyanın dayanmaq niyyətinin olduğuna inanmaq olmaz. Rusiya atəşkəsdən güclənmək və hücumlarını artırmağa hazırlıq üçün istifadə edəcək”, – deyə Litva Prezidenti qeyd edib.

O, Ukraynanın sülh prosesi müzakirələrinə bütünlüklə daxil edilməli olduğunun vacibliyinə diqqət çəkərək deyib:

“Sülh bağlı qapılar arxasında və Ukraynanın iştirakı olmadan müzakirə edilməməlildir”.

Əliyar Xəlil

Globalinfo.az