Litva bu ölkə ilə sərhəddə uçuşlara qadağa qoydu

Litva bu ölkə ilə sərhəddə uçuşlara qadağa qoydu

Litva müvəqqəti olaraq Belarus sərhədinin bəzi hissələrində 3600 metrdən aşağı uçuşları qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qadağa milli təhlükəsizlik əməliyyatları üçün tətbiq olunub və Latviya ilə sərhədin müəyyən hissələrinə də şamil edilir.

Qadağa 1 dekabr tarixinə qədər qüvvədədir və bütün hava məkanı istifadəçilərinə məlumat verilib.

Aysel Əliyeva
Globalinfo.az