lindsi

Amerikalı senator Lindsi Qrem Kiyevə son səfərindən sonra Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi təqdim etmək istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ konqresmeni Maykl MakKol “Financial Times” qəzetinə bildirib.

Məlumata görə, onlar mövzu ətrafında müzakirə ediblər.

Nəşr qeyd edib ki, Qrem vəfatından qısa müddət əvvəl Ukraynaya səfərdən qayıtmışdı.

Səfər çərçivəsində o, iyulun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.

Xatırladaq ki, senator Lindsi Qrem iyulun 11-i axşam saatlarında vəfat edib.

Bildirək ki, Ukraynaya səfəri zamanı Qrem “SkyFall” şirkətinin müəssisələrinə baş çəkib və burada “Vampire” zərbə dronları, “Shrike” FPV-dronları və P1-SUN pilotsuz aparatlarını məhv edən sistemlərlə tanış olub. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, son vaxtlar Qremlə iki dəfə görüşüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: