q 000

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi – xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb.

Globalinfo.az bildirir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi – xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi – avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm”, – L.Abdullayeva yazıb.

 

Paylaş: