Leyen MESAJ VERDİ: Ukraynanı tam dəstəkləyirik, çünki…

Leyen MESAJ VERDİ: Ukraynanı tam dəstəkləyirik, çünki...

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər sülh sazişi istiqamətində atılan addımları və Ukraynanın Avropa İttifaqına gələcək üzvlüyünün perspektivlərini müzakirə ediblər.

“Mən Zelenski ilə son bir neçə gündə baş verən hadisələrlə bağlı danışdım. Biz danışıqlar yolu ilə sülh sazişinin əldə olunması perspektivlərini müzakirə etdik. Brüsselin mövqeyi dəyişməz olaraq qalır. Biz Ukraynanı tam dəstəkləyirik. Ədalətli və davamlı sülhün təmin edilməsində fəal rol oynamağa davam edəcəyik”, – Leyen vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az