Amerikalı aktrisa və müğənni Ledi Qaqa 2017-ci ildə keçirdiyi ağır xəstəliyi haqda danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Rolling Stone” jurnalına müsahibəsində etiraf edib.
İfaçı bildirib ki, “Ulduz doğulur” filminin çəkilişləri zamanı stress səbəbindən əhval stabilizatorları qəbul edib və “psixotik fasilə” yaşayıb:
“Həqiqətən dəhşətli idi. Elə an oldu ki, heç vaxt düzəlməyəcəyimi düşündüm. Mən sağ olduğum üçün bəxtəvərəm”.
Qaqa daha sonra psixi sağlamlıq problemlərinə görə xəstəxanaya yerləşdirildiyini, burada ona lazım olan tibbi yardım göstərildiyini də əlavə edib.
Müğənni ona dəstək olduğu üçün nişanlısı Maykl Polanskiyə də təşəkkür edib.
Günel Cəlil
Globalinfo.az














