Lerikdə yanan 2 yaşlı uşaq öldü

Lerikdə yanan 2 yaşlı uşaq öldü

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, 2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi.

Faktla bağlı araşdırma aparılır.