Lerik rayonunun Sors kənd sakini yaşadığı ərazidə ilanların sayının kəskin artmasından narahatdır.
Globalinfo.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, bu barədə dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə müraciət etsə də, məsələ hələ də öz həllini tapmayıb.
“Hər yeri ilanlar basıb. Hər gün bir neçə ilanla qarşılaşırıq. Xahiş edirik, tədbir görülsün”, – deyə sakin bildirir.
Kənd camaatı məsələ ilə bağlı aidiyyəti qurumlardan təcili tədbir görülməsini gözləyir.














