Lerikdə icazə almaq üçün durub Bakıya gəlir – Qüdrət Həsənquliyev

Lerikdə icazə almaq üçün durub Bakıya gəlir – Qüdrət Həsənquliyev

“Şəhid ailələrinə maliyyə yardımı edildiyi bildirilir, amma bunun məbləği məlum deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib.

“Ümumiyyətlə, digər istiqamətlərdə də görülən işlər haqqında ətraflı məlumat verilməlidir. Seçicilərlə görüşdə tez-tez şikayətlər eşidirəm. Xətai rayonunda insanlar gecə evə getməkdən qorxurlar. Çünki çox sayda küçə itləri var. Bələdiyyələr bu istiqamətdə hansı tədbirlər görməlidir, onu müəyyənləşdirməlidirlər”.

Deputat bildirib ki, bəzi sektorlarda icazə məsələsi həllini tapmalıdır:

“Lerikdə tövlə, Astarada mağaza və s. tikmək üçün gəlib Bakıda icazə almaq lazımdır. Dünyanın bütün yerlərində tikintiyə bələdiyyələr icazə verir. Bu səlahiyyət Azərbaycanda da bələdiyyələrə verilərsə, ölkədə investisiya qoyuluşu 3-4 dəfə artacaq, bütün neqativ hallara son qoyulacaq”.

Safura Bənnayeva
Globalinfo.az