Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub. Helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
***12:07
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam edir.
Globalinfo.az APA-ya istinadən Lənkəranda ötən gündən itkin düşən balıqçılar – 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.
Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Yaxınlarının verdiyi məlumata görə, sonuncu dəfə onların mobil nömrələrinə saat 02:00 radələrində və səhər saatlarında zəng çatıb, amma cavab verən olmayıb.
***00:24
Lənkəranda balıqçılar itkin düşüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.
Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.
Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.














