Fransa Prezidenti Emmanuel Makron yenidən Sebastien Lekornunu Baş nazir postuna təyin edib.
Globalinfo.az xəbər verir ki, Lekornu bu barədə “X” hesabında açıqlama verib.
“Prezidentin mənə həvalə etdiyi missiyanı – vəzifə borcu olaraq – qəbul edirəm. Bu missiya ondan ibarətdir ki, ilin sonuna qədər Fransaya büdcə təqdim etmək və vətəndaşlarımızın gündəlik həyat problemlərinə cavab vermək üçün bütün səyləri göstərim. Fransızları qəzəbləndirən bu siyasi böhranı, ölkəmizin imici və maraqları üçün zərərli olan bu qeyri-sabitliyi aradan qaldırmaq lazımdır”, – Lekornu yazıb.














