Qusar rayonunun Laza kəndində torpaq sürüşməsi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə anı lentə alınan görüntüləri paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
***17:50
Qusar rayonunun Laza kəndində sürüşmə qeydə alınıb.
Bu barədə Globalinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, 2.2 maqnitudalı sürüşmə yerli vaxtla 14:38-də, 2 km dərinlikdə qeydə alınıb.
