lavrov el 900x600 1

Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü öncəsi Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin ona xəbərdarlıq edərək, “keçmiş DQMV” ifadəsinin azərbaycanlıların (Azərbaycan nümayəndə heyətinə) xoşuna gəlməyəcəyini deməsi sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb oldu.

Köməkçisinin ona xəbərdarlıq etməsinə baxmayaraq, Lavrov həm “Dağlıq Qarabağ”, həm də Qarabağ sözlərindən istifadə edib.

Maraqlıdır, Lavrovun Dağlıq Qarabağ ifadəsinə rəsmi Bakı cavab verəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş sülhün əldə edilməsinə, qorunmasına həsr edilib:

unnamed file

İlyas Hüseynov

“Bu görüşün keçiriləcəyi bəlli idi. Rusiya onun iştirakı olmadan keçirilən danışıqlar və onların nəticələrindən narahatdır. Bununla belə, köməkçisinin Lavrova xəbərdarlıq etməsi ondan xəbər verir ki, rəsmi Moskva Bakının terminoloji narahatlığını yaxşı bilir. Və buna diqqət etməyə çalışır.

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması istiqamətində fərman imzalandı. Yəni bu gün ölkədə Dağlıq Qarabağ deyə bir ərazi vahidi yoxdur.

Rəsmi Bakı üçün bu məsələ prinsipial əhəmiyyət kəsb edir. Və çətin ki, bu məsələdə kompromisə getsin.

O ki qaldı Lavrovun “Dağlıq Qarabağ” sözündən istifadə etməsində, hesab edirəm, rəsmi Bakı bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalı və Moskvaya etirazını bildirməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: