cavan

“İncəsənət və mədəniyyətlə məşğul olmaq qocalmanı ləngidə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu London Universitet Kollecinin professoru Deyzi Fankurt deyib.

Onun rəhbərlik etdiyi alimlər Böyük Britaniyada 3500-dən çox şəxsin məlumatlarını təhlil edərək muzeylərə, sərgilərə, konsertlərə və yaradıcılıq fəaliyyətlərinə müntəzəm səfərlərin bioloji yaşa müsbət təsir göstərə biləcəyini müəyyənləşdiriblər.

Tədqiqata mahnı oxumaq, rəqs etmək, rəsm çəkmək və fotoqrafiya kimi fəaliyyətlər daxil olub.

“Bu, mədəni həyatda iştirakın bioloji qocalmanın yavaşlaması ilə əlaqəli olduğuna dair ilk dəlildir”, – deyə professor bildirib.

Onun sözlərinə görə, həftədə ən azı bir dəfə yaradıcı fəaliyyətlə məşğul olan insanlar təxminən dörd faiz daha yavaş qocalırlar.

Günel Cəlil
Globalinfo.az

Paylaş: