Lavrovun avtomobilindəki yazı ölkəni qarışdırdı – FOTO

lavrov hereket

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun avtomobilindəki “Rusiya qaydaları” yazısı sosial şəbəkələrdə gündəm olub. 

Globalinfo.az xəbər verir ki, XİN başçısının avtomobilinin arxa hissəsində portuqal dilində ““BRICS Xarici İşlər Nazirliyi Rio-de-Janeyroda”, onun altında isə “Rusiya qaydaları” sözləri qeyd edilib.

Avtomobilin fotoları sosial şəbəkələrdə sürətlə yayılıb və böyük maraqla qarşılanıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məsələyə aydınlıq gətirib. O, bunun Lavrovun avtomobilində olan şəxslərin zarafatı olduğunu deyib:

“Sizə bir sirr açım: bu, düşünülmüş piar hərəkəti və ya bir növ fərqlənmək istəyi deyil. Bu, əslində sükan arxasında olan həmkarlarımızın yaradıcılığıdır və onlar avtomobili idarə edənin ruslar olduğunu bildirmək qərarına gəliblər”.

WhatsApp Image 2025 04 30 at 10.52.22

Ayşən Mustafa
Globalinfo.az