Lavrov: “Yeni dünya nizamı məsələsi həll olunur, Rusiya isə…”

İndi bütün dünya nizamı məsələsi həll olunur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun Himayəçilər Şurasının iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda təkcə dünyanın bu və ya digər hissəsində baş verənlər deyil, bütün dünya nizamı məsələsi həll olunur:

“Gələcəkdə dünyanın necə qurulacağı və Rusiyanın bu dünyada hansı yeri tutacağı məsələsi həll olunur”.

Lavrov bu gün qlobal cənub və qlobal şərqin bir çox ölkələrinin, dünyanın əksər hissəsinin Rusiyanı etibarlı tərəfdaş kimi gördüyünü söyləyib.