Rusiya XİN rəhbəri Sergey Lavrov Rio-de-Janeyroda BRİKS sammiti çərçivəsində iranlı həmkarı Abbas Araqçı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Lavrov İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilmiş zərbələri qəti şəkildə pislədiyini bildirib.
“Rusiya tərəfi İsrail və ABŞ tərəfindən İrana qarşı təxribat xarakterli və beynəlxalq hüquqa zidd zərbələri pislədiyini bir daha təsdiqləyib”, – deyə Rusiya XİN bəyan edib.
Lavrov əlavə edib ki, İranın nüvə proqramı ətrafındakı böhranın yalnız siyasi-diplomatik yollarla həll olunması vacibdir.
Moskva qarşılıqlı məqbul həll yollarının tapılmasına dəstək verməyə hazır olduğunu da bəyan edib.














