Yaxın Şərq böyük müharibə ərəfəsindədir və bunu kimsə həddən çox istəyir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
“Fələstin-İsrail konfliktinin nizamlanmaması bütün regiona neqativ təsir edir. Özünün sərtliyi və dağıdıcılığı ilə misilsiz olan Qəzza böhranı Livan-İsrail qarşıdurmasının katalizatorudur” – deyə o bildirib.
Lavrov Qəzza ilə beynəlxalq məhkəmənin qəbul etdiyi qərarın dərhal icra edilməsi və BMT-nin bu məsələdə qətiyyət nümayiş etdirməsi gərəkdiyini söyləyib.