Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə ilkə imza atıb.
Globalinfo.az xəbər verir ki, nazir “Türkiye” qəzetinin köşə yazarı, tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyevaya müsahibə verib.
Məlumata görə, Lavrov təkcə regional deyil, həm də dünya siyasətinə dərin təsir göstərəcək bir çox suala təəccüblü cavablar verib.
O, Ukrayna münaqişəsi, NATO-nun Rusiya ilə bağlı planı, Türkiyə-Rusiya münasibətləri və sair haqda danışıb.
Sözügedən müsahibə bu gün Bakı vaxtilə saat 19:00-da “TGRT Haber” kanalında yayımlanacaq.
Əliyar Xəlil
Globalinfo.az