Lavrov Rusiyanın Qərbdən gözləntisini açıqlayıb

FILE PHOTO: Russian Foreign Minister Sergei Lavrov attends a joint news conference with British Foreign Secretary Liz Truss in Moscow, Russia February 10, 2022. Russian Foreign Ministry/Handout via REUTERS/File Photo

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin yeni dünyanın mərkəzlərindən birinə çevrilə biləcəyini etiraf edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “RİA Novosti”nin yaydığı məlumata görə Lavrov Moskvanın Qərb dövlətlərindən yalnız bir istəyi olduğunu bildirib.

XİN rəhbəri rəsmi Moskvanın Qərb ölkələrindən təhdidlər görmək istəmədiyini vurğulayıb.

“Avrasiyanın qərb ucunda yerləşən qonşularımız formalaşmaqda olan çoxqütblü dünya nizamının mərkəzlərindən birinə çevrilə bilərlər. Nə vaxtsa onlar özlərinə gələcək və Vaşinqtonun diktəsi ilə tutduqları kursun tam dalana dirəndiyini və özləri üçün qeyri-məhsuldar olduğunu anlayacaqlar”, deyə Lavrov bildirib.