Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukrayna böhranı ilə bağlı vəziyyəti müzakirə ediblər.
“Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunda baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı Lavrova başsağlığı verib”, – deyə XİN-in açıqlamasında qeyd olunub.
Nazirlik həmçinin bildirib ki, həmin partlayışlarla bağlı araşdırmanın nəticələri ən qısa zamanda dərc olunacaq.
“Bu hücumların arxasında dayanan şəxslər mütləq müəyyən ediləcək və layiqli cəza alacaqlar”, – deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
Lavrov və Rubbio, eyni zamanda, 2 iyunda İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı planları da müzakirə ediblər.
Aysel Əliyeva
Globalinfo.az














