Lavrov Rubio ilə danışdı

Lavrov Rubio ilə danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Rusiya və ABŞ diplomatik qurumları arasında konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqun davam etdirilməsinə dair ortaq istəyi təsdiqləyiblər.

“Danışıq zamanı ikitərəfli gündəmin aktual məsələlərinə də toxunulub”, – deyə məlumatda bildirilir.

Lavrov, eyni zamanda, ABŞ dövlət katibini Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında mayın 19-da əldə olunmuş razılaşmaların icrası və Moskvanın növbəti Rusiya-Ukrayna danışıqları üçün konkret təkliflər hazırlaması barədə məlumatlandırıb.

Nazirliyin açıqlamasına görə, Marko Rubio söhbət zamanı Trampın Ukrayna münaqişəsinin mümkün qədər tez başa çatmasına yönəlmiş qərarlı mövqeyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az