Lavrov Mirzoyanla Bakıdan danışdı

Lavrov Mirzoyanla Bakıdan danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər gündəmdə olan məsələləri, o cümlədən Bakı və İrəvan arasında sülh sazişinin mətninin razılaşdırılmasını müzakirə ediblər.

“İki ölkənin XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərinə də toxunublar. Qeyd olunub ki, Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı yüksək qiymətləndirir”, – bəyanatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az