Lavrovdan Qarabağdakı ermənilərlə bağlı gözlənilməz açıqlama

Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqlarından danışması təsadüfi deyil.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycanın Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu vurğulayıb:

“Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır”.

Qeyd edək ki, S.Lavrov Azərbaycan ictimaiyyətində daha çox ermənilərin mövqeyini müdafiə edən şəxs kimi tanınır. Bu baxımdan onun son açıqlaması, xüsusən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olmasını təsdiq etməsi maraqlı olduğu qədər də gözlənilməzdir. Bu bir daha onu göstərir ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisi ilə bağlı siyasətini regionda söz sahibi olan ölkəyə də qəbul etdirməyi bacarıb.