Bakı sülh müqaviləsini burada imzalamağa hazırdır – Lavrov

“Bakı İrəvanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısı Ermənistanın bu məsələdə mövqeyinin məlum olmadığını bildirib:

“Qərbli həmkarlar sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Bu faktdır ki, Azərbaycan müqaviləni Rusiya ərazisində imzalamağa hazırdır. Münaqişə və bütün problemlərin həlli üçün lazımi əlaqə sistemləri formalaşdırılıb. Baxmayaraq ki, rəsmi İrəvana bu məsələ ilə bağlı uzun müddətdir müxtəlif siqnallar ötürülüb, lakin Ermənistanın buna nə dərəcədə hazır olduğunu bilmirik”.

Ayşən  Mustafa
Globalinfo.az