Lavrovdan Bakı, İrəvan və ATƏT-ə mesaj

“Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib.

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə bir sıra üçtərəfli sazişlər, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması əsasında prosesə töfhə verə bilər”, – S.Lavrov bildirib.

Həmçinin Rusiya XİN başçısı ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxış edib. S.Lavrov çıxışı zamanı təşkilatın uçurumun kənarında olduğunu vurğulayıb.

Ayşən Mustafa
Globalinfo.az