Latviyanın yeni prezidenti ölkənin Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Edqars Rinkeviç seçilib.
Globalinfo.az xəbər verir ki, o, tələb olunan minimum 51 səsi qazanaraq yeni prezident olub. Onun namizədliyini 52 deputat dəstəkləyib.
Məlumata görə, Latviyanın yeni prezidenti Rusiyanın fəal tənqidçisidir və Ukrayna hakimiyyətini aktiv şəkildə dəstəkləyir.
Rinkeviçdən başqa prezident seçkilərində daha iki namizədi iştirak edib: İş adamı Uldis Pilens və hüquqşünas Elina Pinto.
Hazırkı prezident Egils Levits isə öz namizədliyini irəli sürməyib.














