Latviya Prezidenti velosipeddən yıxıldı, qolunu sındırdı – FOTO

Latviya Prezidenti velosipeddən yıxıldı, qolunu sındırdı - FOTO

Latviya Prezidenti Edqars Rinkeviçs sağ əlinin biləyini və sol əlinin barmağını sındırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Belə ki, ölkə prezidenti sentyabrın 28-də velosiped sürərkən baş verib. Velosipeddən yıxılan dövlət başçısına gips qoyublar.

Rinkeviçsin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisin jurnalistlərə verdiyi məlumata görə, xəsarətlər dövlət başçısının işinə təsir etməyəcək, o, sənədləri yazıb imzalaya bilər.

Latviya Prezidenti velosipeddən yıxıldı, qolunu sındırdı - FOTO