Laçındakı nəzarət-buraxılış məntəqəsində bayrağımız belə qaldırıldı – VİDEO

Laçındakı nəzarət-buraxılış məntəqəsində bayrağımız belə qaldırıldı - VİDEO

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

X X X

Azərbaycanın Ermənistanla sərhədində qurulan yeni sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının qaldırılması mərasimi keçirilib.

Globalinfo.az xatırladır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bayrağın qaldırılma mərasiminin videosunu təqdim edirik: