Növbəti köç karvanı Laçında: mənzillərin açarları verildi – FOTOLAR

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, bu gün daha 23 ailənin (69 nəfər) Laçın həsrəti bitib.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Onlardan 21 ailə olmaqla, 65 nəfər Laçın şəhərində, 2 ailə olmaqla, 4 nəfər Zabux kəndində məskunlaşıblar.

Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

 

***15:34

“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından yola salınan ailələr doğma yurdlarına çatıblar.

Globalinfo.az xəbər verir ki, Laçın rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti bitib. Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7 nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər), Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə Zabux kəndinə köçənlərdir.

Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.

Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

***08:42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Globalinfo.az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 65nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb - FOTO Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb - FOTO Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb - FOTO Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb - FOTO