Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu təzminat “heyvanlara amansızlıq” ittihamı ilə mühakimə olunan pişiyin sahibi tərəfindən ödənilməlidir.
Məlumata görə, “Lanna” adlı pişiyin sahibi 2023-cü ilin iyul ayında öz ev heyvanını ödürüb. Buna səbəb isə pişiyin öz sahibinin övladını cırmaqlaması olub. Fransa məhkəməsi isə zibil qutusunda ölü tapılan pişiyin sahibini simvolik olaraq 100 avro cərimələyib.
Bundan başqa pişiyə işgəncə verib öldürdüyünü etiraf edən müttəhimə 8 ay şərti həbs cəzası təyin edilib. Ona ev heyvanı sahibi olmaq qadağan olunub. Fransada ilk olan məhkəmə qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.
Buna baxmayaraq ölən pişik üçün təyin olunan 100 avroluq təzminatın hara ödəniləcəyi haqda məlumat verilməyib.
Əliyar Xəlil,














