Kürün səviyyəsinin qalxması nəticəsində bu əraziləri su basdı

681e483b9fe45681e483b9fe461746815035681e483b9fe43681e483b9fe44

Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.

Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.

Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.