Hataydakı zəlzələdə xəsarət alanların sayı açıqlandı

Bu gün Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

O bildirib ki, bölgədən ilkin olaraq 28 müraciət daxil olub.

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.