“Kurtlar Vadisi”nin aktyoru deputat olur

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının aktyoru deputatlığa namizədliyini irəli sürüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Eren” obrazını canlandıran Kərəm Fırtına bununla bağlı özü açıqlama verib.

Aktyor namizədliyinin qeydə alınması üçün artıq “Yeşil sol” partiyasına müraciət etdiyini bildirib.